“Gəncədə Nardarana görə 82 nəfər tutulub” – Elmar Vəliyev

04.12.2015 - 13:37

gence“Yerdə qalanlar qaçdılar və sonradan onların hamısı məsuliyyətə cəlb olundu”

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı Gəncə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə toplantı keçirilib.

Anspress-in məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin baçısı Elmar Vəliyev bildirib ki, bu təxribat Gəncədə hələ bir müddət əvvəl başlayıb. Oktyabrın 23-də Gəncənin Cümə məscidinə toplaşan bir qrup dindar asayişi pozaraq, dini ayin keçirmək adı altında ekstremist hərəkətlər edib, nəticədə hüquq-mühafizə orqanları tərəfindən həbs olunanlar olub.

“İnsanlara qarşı hörmətsizlik, hətta döymək, polisi vurmaq cəhdləri oldu. Sözsüz ki, bunların qarşısı alındı və 82 nəfər həbs olundu. Yerdə qalanlar qaçdılar və sonradan onların hamısı məsuliyyətə cəlb olundu. Bütün bunlar bizdə çox təəssüf doğurur” – deyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42991

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31