Yanan platformanın ən son FOTOsu

05.12.2015 - 13:04

platforma“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxması nəticəsində dünəndən başlanan yanğın hələ də söndürülməyib.

“Qafqazinfo” xəbər verir ki, yanan platformanın yaxından şəkli sosial şəbəkələrdə yayılıb və bildirilir ki, fotonu gəmi heyəti göndərib. Sözügedən gəminin isə platformaya yaxınlaşdığı qeyd olunur.

Qeyd edək ki, yanan platformada öncə 63 nəfər neftçinin, daha sonra isə 42 nəfərə yaxın işçinin olduğu barədə məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Nefçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=43161

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31