SOCAR: Neftçilərin xilas edilməsi davam edir
“Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib”. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.
Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib. Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: “Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib”.
Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: “Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=43179