”Millət qırılıb, necə yəni vaxtımı alırsan?!” (VİDEO)

06.12.2015 - 11:37

ya“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündən təxliyyə olunan şəxslər Neftçilər Xəstəxanasına gətirilib. Meydan TV həm Zığ limanında, həm də xəstəxananın qarşısında baş verənləri işıqlandırıb.
Platformada olanların yaxınları əsasən məlumat ala bilmədiklərindən gileyləniblər.
“Deyirlər, 43 nəfər təxliyyə olunub. Bu gün zəng etmişəm qərargaha, deyirlər, heç bir siyahıda adı yoxdur. Heç bir məlumat verilmir. Ölüblərsə, desinlər ölüb, sağdırsa, desinlər, bilək. Dolamasınlar camaatı” – bu sözləri neftçi Canbaxış Əsgərovun oğlu deyir.
“Adamı heç yaxına buraxmırlar, qaldı məlumat vermələri. Qolundan tutub atırlar bayıra. Çünki dərəbəylikdir” – bunu da yaxınından xəbər gözləyənlər deyir.
Həkimlər təxliyyə olunmuş yaralıların vəziyyəti barədə məlumat vermir.
SOCAR-ın sahə rəisi Köçərli Abbasov yanğının nədən baş verməsi haqqında məlumatsız olduğunu deyir: “SOCAR rəsmiləri hadisə ilə əlaqədar yoxlama aparırlar. Hələ heç kim gəlməyib bura, ona görə də rəsmi məlumatı bilmirəm”. Ailə üzvlərinə Əyyub Əliyevin öldüyü xəbəri deyilsə də, K.Abbasov bu barədə dəqiq məlumatın olmadığını bildirib: “Hələ o barədə heç kimdə dəqiq məlumat yoxdu. “Şurubka”nın biri aşıb, digəri qalır. Hələ heç kim dəqiq bilmir kim sağdı, kimə nə olub. Yalnız Ramiz Həsənovun öldüyü haqda dəqiq məlumat var. Meyiti indi Dərin Özüllər Zavodunun ərazisinə gəldi. Başqa heç kim haqqında dəqiq məlumat yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43219

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31