SOCAR: Qərargah bu gündən yanğın baş verən özülə köçürüləcək

07.12.2015 - 10:45

10Axtarış-xilasetmə işləri ilə bağlı yaradılan qərargah bu gündən “Günəşli” yatağında yanğının baş verdiyi 10 saylı stasionar dəniz özülünə köçürüləcək.

Virtualaz.org bildirir ki, bu barədə dekabrın 6-da keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

“Dənizdəki qərargah 5 saylı platformadan “Neftqaz-62” gəmisinə köçürülüb. Beləliklə, qərargah yanğının baş verdiyi 10 saylı özülə daha da yaxınlaşıb. Hazırda özülün üzərində təmir briqadaları çalışır, onlar su xəttini birləşdirmə prosesini həyata keçirir. Bu sistemin quraşdırılması yanğını söndürməyə imkan verəcək. Günün birinci yarısında qərargah özülün üzərinə köçürülməlidir”.

Onu da qeyd edək ki, SOCAR nümayəndələri növbəti mətbuat konfransını bu gün saat 11.00-da keçirəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=43289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31