Xilas olmuş neftçinin vəziyyəti ağırdır
““Günəşli” yatağında baş vermiş qəzadan xilas olmuş neftçi Bəxtiyar Zöhrab oğlu Ələkbərov II və IV dərəcədə yanıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır”.
Bunu virtualaz.org saytına Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhlət Məmmədov deyib.
Baş həkimin sözlərinə görə, xəstə gətirilərkən ağır vəziyyətdə olub. Vəziyyəti ağır-stabil olaraq qalır.
Qeyd edək ki, dekabrın 4-ü saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xətti sıradan çıxıb və yanğın baş verib. Rəsmi məlumatda 33 nəfərin təxliyyə edildiyi, 1 nəfərin cəsədinin sudan çıxarıldığı bildirilib. 30 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=43303