Yanğın hələ də davam edir – İtkin düşən dənizçilərdən xəbər yoxdur…

07.12.2015 - 11:18

g2Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğınla əlaqədar “Azneft” Istehsalat Birliyində yaradılmış qərargahda mətbuat konfransı keçirilib.

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, IB-nin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, xilasetmə ilə bağlı axtarışlar bütün gecə davam etdirilib: “Bu gün səhərdən xilasetmə platformanın suyun altında ola hissəsində başlayıb. Biz bu axtarışa dünən başlamaq istəyirdik. Amma küləyə görə su bulanıq olduğu üçün edə bilmirdik. FHN helikopterləri də axtarışları davam etdirilir. “Vixr” gəmisi də axtarışdadır. Hazırda FHN rəhbəri Kəmaləddin Heydərov, sərhəd qoşunlarının komandanı Elçin Quliyev və Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri müşavirə keçirir. Hələ ki, itkin düşən dənizçilərdən heç biri tapılmayıb. Buzovna tərəfində jilet tapıldığı bildirildi. Amma baxış zamanı bəlli oldu ki, onlar bizim işçilərə aid deyil. Güman ki, balıqçıların jileti olub.

Yanan neft quyusunda alovlanma davam edir. Hələ ki, söndürülməyib. Hazırda söndürülmə ilə bağlı müzakirə aparılır ki, başqa hansı addımlar aparılsın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31