SOCAR-ın vitse-prezidenti: “Bu hadisənin təxribat olduğuna inanmıram”

07.12.2015 - 13:57
xosbext“Faciə baş verən ərazidə işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün əllərindən gələni edirlər. Həm FHN, həm də bizim gəmilər tərəfindən itkin düşmüş insanların axtarışları da davam etdirilir”.
APA-nın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib.
O, sosial şəbəkələrdə hadisənin təxribat nəticəsində baş verdiyi barədə məlumatların yayılmasına da münasibət bildirib: “İnanmıram ki, bu hadisə təxribat olsun. Hər halda dövlət komissiyası araşdırmalar aparır, nətəcələr barədə ictimaiyyətə məlumat verəcək”.
Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.
Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31