İran sərhədçiləri neftçilərin axtarışına qoşulub: Tehran yanğının söndürülməsi üçün kömək təklif etdi

07.12.2015 - 14:20

yaTehran Günəşli yatağında yanğının söndürülməsində və hadisə nəticəsində itkin düşənlərin tapılması üçün Bakı ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Strateq.az bildirir ki, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRİB-yə verdiyi müsahibədə baş verən hadisəyə görə təəssüfləndiyini bildirib və hadisə qurbanlarının kədərini bölüşüb.

“İran İslam Respublikası bu sahədə qonşu ölkəyə yardımların göstərilməsində heç bir səyini əsirgəməyəcək”,-deyə Pakayin deyib.

Səfirin sözlərinə görə, havanın tufanlı olmasını nəzərə alaraq, itkin düşənlərin Xəzərin cənubunda, İran sahillərində aşkar edilməsi ehtimalı mövcuddur. “Buna görə də, İranın Gilan vilayətinin əlaqədar rəsmiləri habelə, sərhəd rəsmiləri ilə əlaqə saxlanılıb və İran qüvvələri itkin düşənlərin tapılması məsələsində Azərbaycana yardım etməyə çalışırlar”.

İran səfiri həmçinin deyib ki, Azərbaycan Respublikası istərsə, yanğının söndürülməsi əməliyyatına da yardım ediləcək.

Cümə günü axşam güclü tufan nəticəsində Günəşli qaz yatağında çıxan yanğının ardınca 32 nəfərin həyatını xilas etmək olub. Bir nəfər isə hadisə nəticəsində həyatını itirib. Daha 30 nəfərin isə dənizdə yoxa çıxdığı bildirilir. Yanğının söndürülməsi və itkin düşənlərin axtarışı üzrə səylər davam edir. Havanın tufanlı olması yanğının söndürülməsi və itkin düşənlərin tapılması əməliyyatını çətinləşdirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=43407

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31