Xoşbəxt Yusifzadə xilas olan neftçiləri xəstəxanada ziyarət etdi
Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçiləri ziyarət edib.
Virtualaz.org saytı xəbər verir ki, X.Yusifzadə yaralılara baş çəkib, müalicənin gedişi ilə maraqlanıb. Hadisənin şahidi olan yaralılar vitse-prezidentə qəza ilə bağlı məlumatlar veriblər.
Qeyd edək ki, dünəndən şirkətin vəzifəli şəxsləri, deputatlar da yaralılara baş çəkirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=43412