İtkin neftçinin anası: “Oğlumu versinlər, canımı verərəm” (VİDEO)

07.12.2015 - 18:26

inqilabSon doğum gününü dənizdə qeyd etdi.

“İndiyə kimi də telefonuna zəng edirəm, zəng çatmır”

“Günəşli” neft yatağının 10-cu platformasında baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən biri də Mingəçevir şəhər sakini İnqilab Osman oğlu İsgəndərovdur.

İnqilab İsgəndərov 10 ildir ki, neftçi işləyir. Mingəçevir Dövlət Unversitetinin avtonəqliyyat fakültəsini bitirən İnqilab İsgəndərov növbəti dəfə noyabrın 19-da işlədiyi neft yatağına yollanıb. İki övladı və həyat yoldaşı ilə vidalaşıb. Anası, 81 yaşlı Qəmər xanımdan xeyir-dua alıb. Noyabrın 29-da 58 yaşını elə iş yerində qeyd edib Ailə üzvləri ilə zəngləşib, onların təbriklərini qəbul edib. İ.İsgəndərov sonuncu dəfə dekabrın 3-də ailəsi ilə əlaqə saxlayıb və tezliklə görüşəcəklərini deyib.

”3-ü günü onunla danışmışdıq, sağ-salamat idi. Dedi ki, 1-2 günə gəlirəm. Sonra 4-5-i əlaqə saxlaya bilmədik. Zəng etdik telefonuna zəng çatmadı. İndiyə kimi də telefonuna zəng edirəm, zəng çatmır”, – deyə İnqilab İsgəndərovun həyat yoldaşı Təranə İsgəndərova bildirib.
İndi İnqilab İsgəndərovun oğlu itkin düşənlər arasında olan atasından soraq almaq məqsədi ilə bir neçə gündür Bakıdadır. Digər ailə üzvləri də ondan xəbər gözləyirlər:

”Ananın arzusu nə olar, canımı verərəm, oğlumu versinlər” deyə İnqilab İsgəndərovun anası Qəmər İsgəndərova vurğulayıb.

İnqilab İsgəndərovun qohumları və qonşuları da onların evinə gəlir, hər an xəbər alacaqlarını gözləyirlər.

(Region TV)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=43473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31