“Günəşli” faciəsi hansı dövlətin təxribatı ola bilər: “Heç bir versiya istisna deyil”

07.12.2015 - 18:33

yanqin6“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğının, Türkiyə ilə Rusiya arasındakı gərginlik dövründə baş nazir Əhməd Davudoğlunun Azərbaycana səfərindən sonraya təsadüf etməsi bu hadisə ilə bağlı müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub.

Hazırda ictimai rəydə yer alan əsas fikirlərdən biri “Günəşli” faciəsinin Ə.Davudoğlunun səfərindən qıcıqlanan Rusiyanın təxribatı ola biləcəyi ilə bağlıdır. Təsadüfi deyil ki, bu fikirləri politoloq Elxan Şahinoğlu da musavat.com-a açıqlamasında istisna etmədi: “Bu hadisənin araşdırılması üçün komissiya yaradılıb. Bu komissiya bütün versiyaları araşdırmalıdır. Heç bir versiya istisna olunmamalıdır. Hətta bu hadisədən sonra neft-qaz yataqlarımızın təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsi məsələsi də aktuallaşır. Təsəvvür edin ki, Əhməd Davudoğlu Bakıya gəldi və əsas məsələ bu oldu ki, TANAP layihəsini vaxtından əvvəl inşa etmək lazımdır. TANAP layihəsinə də qaz “Şahdəniz” yatağından veriləcək. Mənə elə gəlir ki, bu hadisədən sonra “Şahdəniz” və digər yataqlarda təhlükəsizlik tədbirləri artırılmalıdır. Ola bilər ki, bu hadisə sadəcə, texniki qəza nəticəsində olub. Ancaq istisna deyil ki, kimsə təxribat həyata keçirmək istəsə, belə bir hadisə də törədə bilər. Ona görə də, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. “Günəşli” yatağında baş verən yanğında müəyyən maraqlı mərkəzlər var. Çünki, “Günəşli” yatağındakı son hadisədən sonra ola bilər ki, neftin hasilatında müəyyən qədər problemlər yaransın. Bu da Azərbaycana düşmən münasibət bəsləyən mərkəzlərin xeyrinədir”.

Politoloq bu hadisədə Rusiya təxribatı versiyasını istisna etmir: “Mən istisna etmirəm ki, bu hadisənin baş verməsində onların da müəyyən marağı ola bilər. Bu hadisə bizə ciddi bir dərs olmalıdır. Biz digər yataqların qorunması tədbirlərini artırmalıyıq. Çünki, bölgədə vəziyyət getdikcə gərginləşir. Türkiyə -Rusiya arasındakı gərginləşmənin Azərbaycana da mənfi təsirləri var. Bu, açıq-aşkar görünür. Türkiyə Azərbaycandan daha çox qaz və neft almaq istəyəcək. Bu isə Rusiya və İranın maraqlarına ziddir. Ona görə də, biz bu iki dövlətin proseslərə müdaxiləsini diqqətlə izləməliyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43476

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31