Nardarana Daxili Qoşunlar nəzarət edir

08.12.2015 - 11:36

qosunXəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir.

APA-nın məlumatına görə, qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib.

Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur. Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

Qəsəbə sakini Natiq Kərimov bildirib ki, hazırda Nardaranda sabitlik hökm sürür: “Polis öz işini görür, yerli camaat da öz işini. Məlum hadisələrlə əlaqədar başlanmış cinayət işi üzrə bəzi qəsəbə sakinləri istintaqa aparılıb. Onlardan bəziləri sonradan sərbəst buraxılsa da, bir neçə nəfər barəsində isə inzibati cəza tətbiq edilib”.

N. Kərimov həmçinin qeyd edib ki, qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb: “Hazırda sayğacların yenilənməsi işi aparılır. Ümid edirik ki, tezliklə elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43630

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31