Həlak olan neftçilər dəfn olundu – FOTOLAR

08.12.2015 - 13:37
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu bu gün dəfn olunublar.
Trend RTV-yə istinadən məlumat verir ki, 31 yaşlı S.Mayılov Qubanın Alpan, 47 yaşlı A.Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı ətraf kəndlərin sakinləri iştirak ediblər.
Mərhum A.Mahmudovun 14 və 17 yaşlarında iki oğul övlad atası olub. O, 15 ildən çox idi ki, neftçi kimi çalışırdı. Neftçi S.Mayılov isə 2004-cü ildən neftçi kimi fəaliyyət göstərib. Mərhumun 8 və 9 yaşlarında iki övladı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=43697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31