Başçının mübahisəli şəklinə müavinindən cavab – Foto

08.12.2015 - 13:52

resad2Gül bayramından çəkilmiş adi bir fotonu yersiz vaxtda, şişirdilmiş şəkildə təqdim ediblər və müxtəlif əsassız yozumlar, şərhlər verməyə başlayıblar.

Bu sözləri Axar.az-a Salyan rayon icra başçısının müavini Rəşad Cəbrayılov bildirilib.

O, icra başçısı Tahir Kərimovun Gül bayramında çəkilmiş və Salyan Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə yerləşdirilmiş şəklinin Feysbukda yayımlanmasını mənasız bir hal adlandırıb:

“Bu şəkildə qeyri-adi bir hal yoxdur. Gül bayramı olub, icra başçısı tədbirdə iştirak edib. İndi isə Feysbukda öz fantaziyalarının məhsulundan istifadə edərək lüzumsuz replikalar yazırlar. Əgər başqa maraqları yoxdursa, niyə iki il əvvəl çəkilən şəkli dünən yayırlar?

Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar.

Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil”.

Qeyd edək ki, Salyan rayon icra başçısı T.Kərimovun 2014-cü ilin Gül bayramı zamanı çəkilən və rəsmi sayta yerləşdirilən fotosu hazırda sosial şəbəkələrdə ciddi müzakirə edilir.

Sözügedən foto artıq Salyan rayon İH-nin rəsmi saytından yığışdırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31