“İndiyə kimi elə hadisələr baş verib ki..” – SOCAR

08.12.2015 - 14:29

socar2SOCAR Azərbaycanda fəaliyyət göstərən BP-nin infrastrukturunun SOCAR-ın platformalarındakı infrastrukturdan möhkəm olması ilə bağlı sosial şəbəkələrdəki rəylərə münasibət bildirib.

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, BP və onun təhlükəsizlik qaydaları ilə əlaqədar elə hadisələr baş verib ki, bu şirkət milyardlarla dollar itirib: “Hətta insan tələfatı da olub”.

O, qeyd edib ki, “Günəşli”dəki hadisə əməyin mühafizəsi qaydalarının, təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar baş verməyib: “ Mən bir neçə gün ərazində aparılmış araşdırmaların ilkin nəticələri haqqında danışdım. Söhbət həddən artıq yüksək sürətli küləyin olmasında gedir. Ümumilikdə SOCAR-da təhlükəsizliklə əlaqədar, əməyin mühafizəsi ilə əlaqədar görülən işlər davamlı bir prosesdir.

Yəni, bu iş dünən də görülürdü, bu gün də görülür və sabah da mütləq görülməlidir. Əgər görülməsə, siz özünüz illərə nəzər yetirsəniz, 5, 10, 15 il bundan qabaq vəziyyətlə siz nə qədər inkişaf olduğunu öz gözlərinizlə görə bilərsiniz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43722

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31