Döyülən rektor qızı Azərbaycanı tərk etdi – FOTO

03.01.2016 - 15:08
ulkerXəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva Azərbaycanı tərk edib.
Cümhuriyyət.az -ın musavat.com-a istinadən məlumatına görə, o, Türkiyəyə köçüb. Ülkər İsayeva İstanbuldakı Koç Universitetində həm təhsil alır, həm də çalışır. Hamlet İsaxanlının qızı övladı Cananı da özü ilə Türkiyəyə aparıb.
Qeyd edək ki, Ülkər İsayeva Türkiyə və Amerikada psixologiya üzrə təhsil alıb, magistraturanı isə İngiltərədə oxuyub. Təhsili başa vurduqdan sonra 7 il Azərbaycanda yaşayıb. O, atasının təsisçisi olduğu Xəzər Universitetində İnsan Resusları Departamentinin direktoru vəzifəsində çalışıb, həmçinin universitetdə müəllimlik də edib.
Xatırladaq ki, Ülkər İsayeva ötən il martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün,  Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=47185

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930