Öldürülən jurnalistin işi üzrə məhkəmə başlayır

05.01.2016 - 15:20
mehkemeBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesi başlayır. Hakim Eldar İsmayılovun sədrliyi ilə ilkin məhkəmənin hazırlıq iclası saat 15:00-a təyin olunub. 
Musavat.com-un əməkdaşı xəbər verir ki, məhkəmə binasının önünə media nümayəndələri, Rasim Əliyevin yaxınları, iş yoldaşları, o cümlədən, həbs edilən şəxslərin çoxlu sayda yaxını toplaşıb. Hələlik məhkəməyə heç kim buraxılmır.
Qeyd edək ki, jurnalisti öldürməkdə 5 nəfər təqsirləndirilir. Bunlardan Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyev isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri üzrə ittiham olunurlar.
Cinayətdə adı keçən “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi ayrı icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Futbolçunun işinə Səbayel Rayon Məhkəməsi baxacaq. Prosesin başlama vaxtı məlum deyil.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=47636

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930