ANS Mehriban Əliyevanı “2015-ci ilin adamı” elan etdi

21.01.2016 - 22:56

rrMilli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəikili, birinci xanım Mehriban Əliyevanı “2015-ci ilin adamı” elan edib.
Şirkətdən Musavat.com-a verilən məlumata görə, Mehriban Əliyeva bu mükafata I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki roluna, Azərbaycanın dünyada müsbət imicinin tanınması istiqamətindəki fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, 2005-ci ildə də bu mükafat Mehriban Əliyevaya təqdim olunub.
Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Xatırladaq ki, “İlin adamı” mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=50038

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728