İran səfirliyi Təbrizdə vəfat etmiş 10 aylıq körpənin məsələsini diqqətdə saxlayır

22.01.2016 - 12:46

iran4“Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin Təbrizin “Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfümü bildirirəm”.

Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi deyib.

O qeyd edib ki, hər il müxtəlif ölkələr, o cümlədən Azərbaycandan minlərlə insan müalicə üçün İrana üz tutur: “Onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq edirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.

Məmmədrza Nəcəfi bildirib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib, yalnız 3200 manat borc qalıb: “Biz yenə də məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.

Qeyd edək ki, 10 aylıq uşaq Dadaşzadə Qorqud Rövşən oğlu yanvarın 20-də İran İslam Respublikasının Təbriz şəhərində “Kudakan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini ailəsinə verməkdən imtina edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=50239

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728