Cavid Hüseynov azadlığa buraxılır – ŞOK İDDİA

23.01.2016 - 13:24

cavid-hJurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən futbolçu Cavid Hüseynovun taleyinə aydınlıq gəlmək üzrədi. Sport7.az xəbər verir ki, futbolçu Novruz bayramını evində keçirə bilər.

Etibarlı mənbədən sayta daxil olan məlumata görə, onun mart ayının sonlarına qədər sərbəst buraxılacağı bildirilir. Futbolçunun cəzasının şərti olacağı istisna deyil. Ona həbslə əlaqəli olmayan başqa cəza da verilə bilər.

Xatırladaq ki, Hüseynov Cinayət Məcəlləsinin 307.1. (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2. (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinir. Düzdü, zərərçəkmiş tərəf Cavidin işinin ayrıca icraata götürülməsindən narahatdı. Amma Bakı Şəhər Prokurorluğundan yayılan məlumatda bildirilir ki, Hüseynovun 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq şəkildə aparılıb. Bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı şəhər prokurorluğuna dəvət edilərək şəhər prokurorluğunun rəhbərliyi tərəfindən məlumatlandırılaraq onlara prosessual hüquq və vəzifələri izah edilib.

Qeyd edək ki, yanvarın 27-də Cavid Hüseynovun məhkəməsi olacaq. 4 gün sonra baş tutacaq məhkəmə hazırlıq xarakteri daşıyacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=50489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728