Gəncədə itkin düşən hicablı gəlin haqda – Şok

23.01.2016 - 16:33

metanet-eliyevaGəncədə itkin düşən qadınla bağlı ilginc xəbərlər yayılıb.

Cümhuriyyət.az xəbər verir ki, iki uşaq anası, 31 yaşlı Mətanət Əliyevanın sosial şəbəkədə yazışmaları ortalığa çıxıb.

“Kriminal.az”a verilən məlumata görə, qadının Odnoklasniki profili sındırılıb və 20-yə yaxın kişiyə görüş vəd etdiyi üzə çıxıb.

Məlumata görə, polis onun yazışdığı adamları aşkarlayaraq ifadələrini alıb və onlar qadınla münasibətdə olmadıqlarını söyləyiblər. Təhlükəsizlik kameralarına da baxış keçirilib və onun bir neçə kameradan sonra gözdən itdiyi aydınlaşıb.

O, dekabrın 28-də uşaqlarını məktəbdən götürüb. Amma evə kimi gətirməyib. Gəncənin “Dəyirman dairəsi” adlanan ərazisində uşaqlarını öpüb-qucaqlayıb, evə yol salaraq gedib. Gəncənin Kəpəz Rayon Polis İdarəsindən Axar.az-a bildirilib ki, qadın hələ də tapılmayıb.

İtkin düşmüş qadının boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.

Evdən gedərkən əynində qırmızı gödəkcə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub. Sayt yazıb ki, polis onun hazırda hicabda olmasına inanmır. Çünki başına hicab bağlasa da, hələ ibadət etdiyini görən olmayıb.

M.Əliyevanı görənlərdən DİN-in “102” xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=50515

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728