Tanınmış hüquqşunas SOCAR-daki korrupsiyadan yazdı

25.01.2016 - 11:41

aslan-ismayilovSəhər tezdən “Virtual.az” saytında yerləşdirilmiş Mehdiyeva Könül Fərhad qızının Türkiyənin elit kurort bölgəsi Bodrumda dəyəri 20 milyon olan 16 villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsinin alması xəbərini bütün Azərbaycan mətbuatı və sosial şəbəkələr paylaşdı.
Bu gün Azərbaycanın əksəriyyət əhalisinin bir tikə çörək uğrunda mübarizə apardığı bir vaxtda kiçicik bir məmur arvadının 20 milyonluq əmlak alması xəbərinin şok effekti yaratması təəccüblü deyil. Təəccüblü olan odur ki, xarici təşkilatların verdiyi qrantlardan 10 min dollar vergi yayınması məsələsi ilə bağlı dəfələrlə bəyanat verən Baş Prokuror Zakir Qaralov yenə də susur və əminəm ki, susacaq. Hər dəfə Baş Prokuror Zakir Qaralovun adını çəkəndə məni tanıyanların “Aslan, Zakir Qaralovla aranızda nə olub, axı o sənə qarşı heç vaxt heç nə deməyib və etməyib. Nə üçün az qala hər yazında onun adını çəkirsən?” sualına bildirirəm ki, mənim Zakir Qaralova qarşı heç bir qərəzim yoxdur, onun da mənə qarşı olduğunu görməmişəm. Həqiqətən bu gün məhkəmə sistemində olan alverə bənzər rüşvətxorluq prokurorluqda yoxdur. Bununla belə bu yayılan və bundan sonra da yayılacaq, milyardlarla dolların oğurlanmasında birbaşa olmasa da dolayısı Zakir Qaralov günahkardır. Çünki o vəzifəsini layiqincə yerinə yetirsə demirəm, sadəcə icra etsə idi bu talanlar olmazdı. Ölkədə baş verən talançılıqla bağlı demək olar ki, hər gün mətbutda materiallar dərc olunub. Vəzifəsi bu faktları araşdırmaq olan Baş Prokuror isə sadəcə susub. Onun gücü və cəsarəti 100-200 manat rüşvət alan müəllim, həkim və haqqı deyən müxalif fikirliləri tutmağa çatıb. Ona görə də mənim üçün ölkəmi talan edənlərin, bu günkü günə salanların suçu qədər də Zakir Qaralov suçludur.
SOCAR-da olan milyardlarla ölçülən məmimsəmələri hamı bilsə də bu günə qədər heç bir tədbir görülməyib. Bir vaxtlar Anar adlı, heç bir bacarığı ilə fərqlənməyən, heç kimin tanımadığı bir gəncin, ancaq Rövnəq Abdullayevin qohumu olduğuna görə yüz milyonlarla vəsaiti idarə etməsindən hamı yazdı, hamı danışdı, ancaq Baş Prokuror susdu. Sonda isə həmin Anarı az qala Harvard, Prinston, Stanford Universitetlərinin məzunu, iqtisad üzrə Nobel mükafatına layiq birisi kimi təqdim etdilər. Günəşli yatağında ağır xəsarət almış bir neftçinin krediti ödəyə bilmədiyinə görə fəryad etdiyi vaxtlarda Türkiyədiki SOCAR-ın himayəçisi olan Rovnəq Abdullayevin oğlunun restoranlardakı səxavətlərindən ağılasığmayan söhbətlər dolaşır.
Bu gün də qohumları tərəfindən hələ də cəsədləri torpağa tapşırılmayan Günəşli yatağında həlak olmuş 30 nəfərin də həlak olmasının səbəbi məhz SOCAR-da olan korrupsiyadır. Korrupsiyanın miqyasını göstərmək üçün sadə bir hesablama aparaq. Həyat yoldaşı 20 milyona villa alan şəxs Qiymət Mehdiyev sadəcə SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Bu 20 milyon da onun sərvətinin tam ölçüsü deyil, bizim bilmədiyimiz başqa əmlakları, başqa xərcləri də var. Götürsək elə 20 milyon, onda bunun rəisinin 200 milyon dollarlıq, rəisdən vəzifəcə böyük olan SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun 2 milyard dollarlıq əmlakı var. Bu məntiqlə Rövnəqin nə qədər əmlakı var hesablamaq çətin deyil. Dövlət büdcəsi bu cür həyasızcasına talanan Azərbaycan adlı məmləkətin hələ də ayaq üstə durması özü bir möcüzədir.
Elə məhz Rövnəq Abdullayevin bu gücünə, puluna görə onun “kadr”ı sayılan Sabunçunun icra başçısı Adil Vəliyev günün günorta çağı Bakının mərkəzi rayonu Sabunçuda qoçu dəstələri saxlayır, insanların əmlaklarını zorla əllərindən alır, bütöv bir rayonu özəl şirkəti kimi işlədir.
Adil Vəliyevin qanunsuzluqları barədə video, audio və digər sübutlarla şəxsən prokurorluğa müraciət etsəm də bu günə qədər xəbər yoxdur.
Elə buradan bir daha Baş Prokurora səslənirəm, bu hallar barəsində cinayət işi qaldırmamaq elə bu cinayətlərə şərik olmaq, onlardan faydalanmaq deməkdir.
Aslan İsmayılov

Short URL: http://www.cumhuriyyet.net/?p=50799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728