Şagirdi döyən müəlliməyə şiddətli töhmət verildi
“Xırdalan şəhəri 9 nömrəli orta məktəbdə şagirdi döyən ibtidai sinif müəlliməsi Sevda Rüstəmovaya şiddətli töhmət verilib”.
Bu barədə Abşeron Rayon Təhsil Şöbəsi mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, bu gün saat 12-də məktəbin Pedoqoji Şurasında keçirilən iclasda müəllimə Sevda Rüstəmovaya şiddət töhmət elan olunub, məktəb direktoru Həcər İbrahimovaya isə xəbərdarlıq edilib: “Əgər bu kimi hal yenidən rəkrarlanarsa, onda başqa tədbirlər görüləcək”.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan videokadrda Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə müəllimənin şagirdə zor tətbiq etdiyi görünür.(modern.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=51301