Nazirlikdən iki qurumun birləşəcəyi xəbərinə reaksiya verildi – Açıqlama
Mediada Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdirilərək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacağı barədə xəbərlər yer alıb.
Yayılan xəbərlə bağlı Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Ölkə.az-a açıqlama verib.
Onun sözlərinə görə, yayılan xəbərlərin haradan qaynaqlandığını bilmirlər.
Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birləşdiriləcəyi ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Qeyd edək ki, bu cür məlumatın çıxmasına səbəb Mikayıl Cabbarovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında yenidən başlamış “soyuq savaş”ın olduğu göstərilirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=51791