Azərbaycanda nazir “Lifan” aldı – Prezidentin tövsiyyəsindən sonra

29.01.2016 - 18:08

masinNazir Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb. Bunu azvision.az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.

O bildirib ki, avtomobil almaq üçün nazirliklərdən çoxlu təkliflər alıblar: “Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri “NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb. Məndə olan məlumata görə, nazir Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb”.

Satış direktoru nazir Səlim Müslümovun aldığı avtomobilin qiymətini açıqlamayıb: “Səlim müəllimin aldığı avtomobilin qiymətini dəqiq deyə biləməyəcəm. Çünki qiymətlər daha çox modifikasiyalara uyğun olaraq dəyişir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=51915

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728