Mehriban Xanlarova polisə niyə çağırılıb? – Polisdən açıqlama

01.02.2016 - 13:37

polis6Tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarovanın polisə çağırılmasının səbəbi məlum olub.

Ölkə.az-a Nəsimi rayonu 19-cu polis bölməsindən verilən məlumata görə, aktrisa Şamama Ağayeva adlı şəxsin Daxili İşlər Nazirliyinin “102” xidmətinə etdiyi müraciətə əsasən polisə çağırılıb:

“Hüseyn Seyidzadə küçəsi ev 7, mənzil 1-də yaşayan Ağayeva Şamama Abış qızının “102” xidmətinə verdiyi məlumatla əlaqədar Mehriban Xanlarova polisə dəvət olunub, izahatı alınıb. Ş.Ağayeva müraciətində Mehriban Xanlarovanın onu təhqir etdiyini bildirib. Hələ ki qarşı tərəf dindirilməyib.

Mehriban Xanlarovanın dediyinə görə 1967-ci ildə bu ünvanda doğulub boya başa çatıb. Bir neçə gün əvvəl evində böyüdüyü Xalıqın həyat yoldaşı dünyasını dəyişib. Onun yas mərasimində iştirak edərkən münaqişə yaranıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=52318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728