İlhamə: “Hansı kişi ona tamah salar?” – QALMAQAL

02.02.2016 - 12:43

ilhame-quliyevBakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynova bir vaxtlar köməkçisi olduğu xalq artisti İlhamə Quliyeva ilə bağlı ciddi ittihamlar səsləndirib.

Publika.az həmin ittihamlarla bağlı primadonnanın mövqeyini öyrənib.

Xalq artisti keçmiş köməkçisinin yazdıqlarını cəfəngiyyat, şər və böhtan adlandırıb:

“O qadının yazdıqları şər, böhtandır. Bu məktubu da özü deyil, arxasında dayanan havadarları yazdırıb. Onun nə savadı var ki, nə də məktub yazsın. O, müttəhimdir, mən şikayətçi. O kimdir ki, barəmdə belə ittihamlar səsləndirir? Yazıb ki, guya onu qorxutmuşam, Elza Seyidcahandan pul almaq istəmişəm, efirə çıxmaq üçün telekanallara pul vermişəm… Oğlumla dostu onu namusunu ləkələməklə hədələyiblər və s. O, hansı namusdan danışır? Bir də ki, o nə gündədir? Hansı kişi ona tamah salar? Biz babayka-zad deyilik ki, adam qorxudaq. Elzaya da yazığım gəldi, heç məhkəməyə də vermədim. Qaldı ki, efirə çıxmaq üçün pul verməyimə, ömrümdə bu məqsədlə iki qəpik də verməmişəm. O qadının yaxın günlərdə məhkəməsidir və özünü sudan quru çıxarmaq üçün havadarlarının əliylə şər, böhtan yazdırır. Mən burdan ona səslənirəm, türmədəsən, otur oturduğun yerdə”.

Xalq artisti tezliklə keçmiş köməkçisinin cəzasına çatacağını və qanunla mühakimə olunacağını deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=52541

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728