“Xruşovka” binalar söküləcək
Paytaxtın rayonlarında Sovetlər dönəmində inşaa edilmiş hər birimizin “Xruşovka” kimi tanıdığımız beş mərtəbəli yaşayış binalarının sökülməsi yönündə qərar qəbul edilib. Məlumata görə, bu binaların yerində çoxmərtəbli müasir binalar ucaldılacaq. Beş mərtəbəli binaların sakinlərinə gəlincə, vətəndaşalar müvəqqəti olaraq kirayə mənzillər tutacaq və bu kira haqları dövlət tərəfindən ödəniləcək.Binaların yerində inşaa ediləcək çoxmərtbəli binalar hazır olduqda isə vətəndaşalr əvvəllər qanuni sahib olduqları mənzillərin kv-na uyğun mənzillərlə təmin ediləcəklər.
Bakı Şəhər icra hakimiyyətindən adını açıqlamasın istəməyən mənbənin verdiyi məlumata görə, artıq bu yöndə müvafiq tapşırıqlar verilib və rayon-şəhər icra hakimiyyəti başçıları məsələdən halidirlər. Sadəcə olaraq yeni inşaat işlərinin necə və hansı formada aparılması istiqamətində proqram hazırlanıb qəbul edilməlidir.(vətəninfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=53137