ŞOK! İcra başçısının müavini vəzifəsini 170 min dollara satmaq istədilər

14.02.2016 - 23:07

icrabakıAzərbaycanda böyük səs-küy yaradacaq məhkəmə prosesi başlayır. Bu barədə tanınmış vəkil Adəm Məmmədov məlumat yayıb. Vəkil bildirib ki, ölkədə icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb ondan 170 min dollar alıblar.
“Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi aldadaraq icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABŞ dollarını alıblar. Həmin pulu ələ keçirən şəxsin birbaşa komitə sədri olması təəccübə səbəb olub. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”, – deyə vəkil Adəm Məmmədov qeyd edib.
Lakin Adəm Məmmədov konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.(modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=53552

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728