Xalq artisti: “Məni Səidə ilə vurmaq istəyirlər”

15.02.2016 - 13:44

rafaelHəmişə qızlarımla da, oğlumla da müəyyən qədər ərkyana zarafatlar edirəm. Mənim xoşum gəlir ki, onlarla oturum söhbət edim, birlikdə kinoya baxım.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Rafael Dadaşov “Sənətsevər” verilişində övladları haqda danışarkən deyib. O, qızı Səidə Dadaşova ilə bağlı yaranan söz-söhbətlərdən də danışıb:

“Heç vaxt istəməmişəm ki, övladım onlara qarşı diqqət, qayğı olmadığını hiss etsin. Səidə mənim ən şıltaq qızımdır. Mən bütün günü Səidənin yanındayam. Səidə mənə nəvə bağışladı, adımı da ona qoyub. Həmişə demişəm, sənətkara gücləri çatmayanda başlayırlar övladını daşlamağa. Məlik Dadaşova gücləri çatmayanda Rafael Dadaşovu daşladılar. İndi Rafael Dadaşova gücləri çatmır, başlayıblar Səidəni daşlamağa. Sənətkar övladını qorumağa çalışın. Mən o kəslərə hörmət edirəm ki, ata-anasının yolunu davam etdirir. Ləyaqətlə davam etdirənlərə isə xüsusi hörmətim var”.

Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşovanın nikahdankənar eşq həyatı yaşaması ilə bağlı mövzular gündəmə gəlmişdi. Daha sonra açıqlama verən Səidə Dadaşova ailə qurduğunu bildirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=53704

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728