YAP-dan 170 minlik rüşvət məsələsinə – Reaksiya

17.02.2016 - 16:55

aydin-mirzezadeYeni Azərbaycan Partiyası (YAP) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da adının hallandığı 170 minlik qalmaqala münsibət açıqlayıb.

AzNews.az-a danışan YAP-ın İcra Katibliyinin Siyasi Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, hazırda 170 min rüşvət olayı ilə bağlı mətbuatda gedən bütün informasiyalar araşdırılır: “Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bir prosesdir. Burada əsas söz ancaq hüquq-mühafizə orqanlarının yekun qərarından sonra deyiləcək. Məsələ araşdırılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və keçmiş aparat rəhbəri S.İmanov dələduzluqda ittiham olunur. Sözügedən şəxslərin adının hallanmasını istəməyən sahibkardan icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə 170 min ABŞ dollar aldığı iddia olunur.

Qeyd edək ki, adı dələduzluqda ittiham olunan sabiq aparat rəhbəri Səfər İmanov yanvarın 31-də Azərbaycanı tərk edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54193

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728