Olimpiya stadionunu “partlatmaq istəyən” Aydın Xudiyevin məhkəməsi davam etdirilib

18.02.2016 - 13:27

mehkemeBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunlarının açılış günü Olimpiya stadionunda partlayış törədəcəyi barədə FHN-ə xəbərdarlıq etməkdə ittiham olunan 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib. Prosesdə hal şahidi qismində Elnur Həsənov dindirilib. Şahid ifadəsində hadisənin üstündən xeyli vaxt keçdiyi üçün heç nəyi xatırlamadığını deyib.

Təqsirləndirilən Aydın Xudiyev ittihamları qəbul etmədiyini, axtarış prosesində Elnur Həsənovun ümumiyyətlə iştirak etmədiyini bildirib. O, istintaq zamanı fiziki işgəncələrə məruz qaldığını deyib.

Təqsirləndirilən şəxslərin vəkilləri digər hal şahidinin məhkəməyə gətirilməsi ilə bağlı vəsatət veriblər. Vəsatət qismən təmin edilib. Məhkəmə prosesi fevralın 23-ə davam edəcək.

Qeyd edək ki, Aydın Xudiyev 2015-ci ilin iyun ayının 12-də, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək, diktofonu qoşub və kaseti səsləndirilib. O, stadiona bomba qoyulduğunu və açılışı dayandırmağın lazım olduğunu deyib.

İyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb. Onun evindən “Sony” markalı diktofon və “Panasonic” markalı kaset aşkarlanaraq götürülüb. Onu da qeyd edək ki, 1960-cı il təvəllüdlü Aydın Xudiyev Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə İctimai Birliyinin rəhbəri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=54364

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728