İran prezidenti: “Prezident İlham Əliyevlə Suriya məsələsini müzakirə etdik”

23.02.2016 - 15:54

ilhameliyev-ruhani“Regional problemlər siyasi yolla həll olunmalıdır, bu münaqişələrin hərbi həlli yoxdur”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ruhaninin sözlərinə görə, Azərbaycan prezidenti ilə Suriya məsələsini müzakirə edib. “Suriya və digər regional məsələlər barədə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Biz hesab edrik ki, regional problemlərin hərbi yolla həlli mümkün deyil, münaqişlər yalnız sülh yolu ilə tənzimlənməlidir”.

Ruhani həmçinin bildirib ki, prezident İlham Əliyevlə dini icmalarla bağlı məsələni müzakirə edib. Hər iki prezident islam dininin sülh, dostluq və əməkdaşlıq dini olduğunu bildirib.

Ruhani İran və Azərbaycanın regionadakı qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatını dəstəkləyib. Bu “İran, Azərbaycan, Türkmənistan”, “İran, Azərbaycan, Rusiya” və “İran, Azərbaycan, Türkiyə, Gürcüstan” formatıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=55138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728