Gəncədə çempionu kriminal “razborkada” güllələyiblər – YENİ FAKTLAR

24.02.2016 - 16:04

elmir-celilov2Gəncədə kikboksinq üzrə Azərbaycan çempionu Elmir Cəlilovun qətli ilə bağlı yeni detallar məlum olub.

Cümhuriyyət.az Musavat.com-a istinadən xəbər verir ki, güllələnən idmançının yaxınlarının verdiyi məlumata görə, məsələnin kökü Elmir Cəlilovun həyat yoldaşının xalası oğlunun xeyli müddət əvvəl maşın almasına gedib çıxır.

O, avtomobil alıb, alverçiyə 500 manat borclu qalıb.

Pulunu ala bilməyən alverçi Elmir Cəlilovun qohumundan Gəncədə kriminalla bağlılığı olan şəxslərə şikayət edib.

Onlar borclunu “Kəpəz” mehmanxanasının qarşısında görüşə çağırıblar. Elmir Cəlilov isə həmin vaxt dostları ilə çayxanada imiş.

Həyat yoldaşının xalası ona zəng edərək, görüş yerinə gəlməsini və onu tək qoymamasını xahiş edib.

Elmir Cəlilov fevralın 20-si saat 23 radələrində “Kəpəz” mehmanxanasının qarşısını gəlib. Qarşı tərəfdən söhbətdə dörd nəfər iştirak edib. Mübahisə yaranıb, tərəflər arasında dava düşüb.

Elmir Cəlilova gücü çatmayacağını görən 1984-cü il təvəllüdlü Anar Tağıyev maşınında gəzdirdiyi tüfəngdən atış açıb və ikiqat Azərbaycan çempionunu qətlə yetirib.

Gəncədəki mənbəmizin verdiyi məlumata görə, Anar Tağıyev şəhərdə kriminal əlaqələri ilə tanınır. Onun atası Şahin Tağıyev Rusiyada yaşayır. Onunda da kriminal bağlantıları var.

Short URL: http://www.cumhuriyyet.net/?p=55331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930