İntiqam Əliyevin işi ilə bağlı Avropa məhkəməsinə müraciət ediləcək

24.02.2016 - 16:09

intiqam-eliyevÇərşənbə günü Ali Məhkəmədə hüquq müdafiəçisi İntiqam Əliyevin kassasiya şikayətinə baxılıb və onun barəsində hökm qüvvədə saxlanılıb, vəkil deyir.

İntiqam Əliyevin vəkili Cavad Cavadov BBC Azərbaycancaya bildirib ki, qərar gözlənilən olub.

Kasassiya şikayəti Bakı Ağır Cinayətlər məhkəməsinin İntiqam Əliyevin məhkum olunması ilə bağlı hökmünün Bakı Apellyasiya məhkəməsində dəyişdirilmədən saxlanmasına dair Apellyasiya Məhkəməsinin qərarından verilib, – Cavad Cavadov deyib.

Onun sözlərinə görə, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub və vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunub.

Ötən ilin aprelində hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli saysa da, Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728