8 iş adamının həbs müddəti uzadıldı – “Beynəlxalq Bank işi”

25.02.2016 - 10:38

bbNərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 8 nəfər iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Report”un əldə etdiyi məlumata görə, həmin iş adamları barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Bununla da Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 11 olub.

Qeyd edək ki, daha əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və “Şəki İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov barəsində də seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Xatırladaq ki, həmin şəxslər 2015-ci ilin may ayında saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bundan əvvəl də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=55412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728