İlhamə Quliyevanın ölümündə sui-qəsd amili – FOTOREPORTAJ
Xalq artisti İlhamə Quliyevanın ölüm xəbərini eşidən hər kəs müğənninin evinə gəlir.
Publika.az-ın xalq artistinin evinin yaxınlığında olan əməkdaşının verdiyi xəbərə görə, onun mənzilinə heç kimi buraxmırlar. Başsağlığına gələnlər binanın həyətinə toplaşır.
Məlumata görə, İ.Quliyeva üçün çağırılan Təcili Tibbi Yardım həkimləri artıq ordan çıxıb. Jurnalistlərin cəhdlərinə baxmayaraq, onlar heç bir açıqlama verməyiblər.
Yasamal Rayon Prokurorluğunun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Azərbaycanın xalq artisti İlhamə Quliyevanın evinə gedib. Hazırda meyitin ekspertizası davam edir. Onun ölümündə sui-qəsd amilinin ola biləcəyi də araşdırılır.
Xatırladaq ki, bir neçə saat öncə halı qəfildən pisləşən primadonna üçün təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=55495