“Biz çatanda artıq ölmüşdü” – İlhamənin həkimi danışdı
“Biz ora çatanda İlhamə Quliyeva artıq 20-25 dəqiqə olardı ki, ölmüşdü”.
Bunu Lent.az-a açıqlamasında İlhamə Quliyeva ilə əlaqədar çağırışa gedən Mərkəzi Neftçilər Xəstəxanasının təcili tibbi yardım briqadasının həkimi Asif Qarayev deyib.
A.Qarayev bildirib ki, saat 10:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının təcili tibbi yardımına çağırış daxil olub: “ Biz gedəndə artıq ölmüşdü. Heç bir şey edə bilmədik. Köməkçisinin dediyinə görə, 20-25 dəqiqə olardı ki, keçinmişdi. Tam dəqiq diaqnoz ekspertizadan sonra bilinəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=55506