“İlhamənin nəşi zəhərlənmə şübhəsinə görə ekspertiza olunur” – Əli Mirəliyev
“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Burosuna ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.
“Report”un xəbərinə görə. Bunu jurnalistlərə İ.Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.
O bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək.
Qeyd edək ki, İlhamə Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Short URL: http://www.cumhuriyyet.net/?p=55526