Tanınmış astroloqun 3 ay öncə İlhamə Quliyeva haqqında yazdığı status: “Az sonra balıqdan zəhərlənib…”
Məşhur astroloq 3 ay öncə bu gün vəfat edən xalq artisti İlhamə Quliyeva haqqında müqayisəli status yazmışdı.
Gün.Az xəbər verir ki, astroloq Səbuhi Rəhimli “Qorxunc proqnozlar” başlığı ilə yazdığı statusunda aşağıdakıları qeyd edib:
“Məşhur “Vaterloo körpüsü”, “Küləklə sovrulanlar” filmlərindən tanıdığımız, 2 “Oskar” sahibi, gözəl aktrisa Vivyen Li 53 yaşında müsahibə verərək 90 il yaşayacağını söyləmişdi. Amma 54 yaşında öldü. Mərhum sənətkarımız Mirzə Babayev bir açıqlamasında demişdi ki, mən 100 yaşımda da oxuyacağam. Az sonra balıqdan zəhərlənib xəstəxanaya düşdü. Buna baxmayaraq, növbəti dəfə efirdə eyni “proqnozu” verdi. Aylar sonra isə dünyasını dəyişdi (Statistika böyükdür). İndi də yenicə xəstəxanadan evə buraxılan xalq artisti İlhamə Quliyeva deyib ki, “Hələ 40 il yaşayacağam”. Allah ömür versin!”.
Short URL: http://www.cumhuriyyet.net/?p=55540