Rus kəşfiyyatçısı məxfi Xocalı faktlarını açdı

26.02.2016 - 15:17

xocaliXocalı soyqırımında erməni hərbi birləşmələri ilə bərabər 366-cı motoatıcı alay da iştirak edib.

Axar.az bununla əlaqədar olaraq bir müddət öncə yerli mətbuatda Xocalı soyqırımı zamanı 366-cı motoatıcı alayın xüsusi şöbəsinin rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin dərc olunan sözlərini yenidən oxuculara təqdim edir. Məhz Savelyev o zaman Azərbaycandakı vəziyyəti Kreml və Baş Kəşfiyyat İdarəsinə 19 səhifəlik məxfi məruzəsində çatdırır:

“Mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində ermənilər asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yuri Zaviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün verdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Boris Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib. Əslində, millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, podpolkovnik Sergey Kraumnin, birinci motoatıcı batalyonnun komandiri polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Seyran Ohanyan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan ayrı-seçkilik edirdilər. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55708

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728