Nazir: “İlhamə şəhidlər sırasındadır” – Foto
İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi.
Axar.az xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyeva ilə vida mərasimində deyib. O, xalq artistinin ölümünün böyük itki olduğunu diqqətə çatdırıb:
“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi. Xəbəri eşidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və hörmətli Mehriban xanım öz ailələri adından bütün sənətsevərlərə, mərhumun ailə üzvlərinə başsağlığı verdilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55710