Rektor müəllimi işdən qovdu – QALMAQAL

29.02.2016 - 11:23

nazim-huseynli“Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi”.

Cümhuriyyət.az aztoday.az-a istinadən bildirir ki, bu sözləri Bakı Avrasiya Universitetinin müəllimi Əjdər Yunus Rza “Facebook”da yazıb.

“Əziz tələbələr, mən bu gün ədalətsiz bir qərarla sizlərdən uzaqlaşdırıldım. Mən həmişə sizin haqqınız uğrunda mübarizə apardım. Uzun yazmayacağam. Bu tədris ilinin birinci yarısında Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm. Sizə analoqu olmayan “lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram. Hardasa xətrinizə dəyən hərəkətim olubsa, yəqin ki, məni bağışlayarsınız. Hamınızı çox istəyirəm. Nə probleminiz varsa, yazın, hələlik”.

Əjdər Yunus Rzanın yazdığı status ətrafında apardığımız kiçik araşdırmamız işdən azad olunan müəllimin Bakı Avrasiya Universiteti barədə yazdıqlarının qərəzli olmadığını ortaya qoydu. Universitet tələbələri arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, fevralın 17-dən dərsə getməli olan tələbələr Əjdər Yunus Rzanın qeyd etdiyi analoqu olmayan cədvəl oyunları səbəbindən düz-əməlli mühazirə və seminarlar keçmirlər.

Həmçinin Bakı Avrasiya Universitetinin tələbələri Əjdər Rza Yunusun dediklərinin düz olduğunu deməklə yanaşı, cari tədris ilində Bakı Avrasiya Universitetində normal dərs cədvəli hazırlanmadığını bildirdilər. Mediada adlarının çəkilməsini istəməyən tələbələr Nazim Hüseynlinin rektoru olduğu ali məktəbdə ağlasığmaz dərəcədə özbaşınalığın olduğunu qeyd etdilər. Cədvəl oyununun səbəbi kimi tələbələr universitetdə normal kadr olmaması ilə izah etdilər: “Keçən semestrdə bir ay normal dərs keçə bildik. Bu üzdən çox tələbə imtahanları verə bilmədi. İmkanı olan tələbələr pulla qiymətlərini yazdırdılar…”.

Bakı Avrasiya Universiteti ilə bağlı tələbələrin səsləndirdiyi ağlasığmaz ittihamları araşdırmaqdayıq.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=55822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728