Şair Mahir Mehdi barəsində məhkəmə qərarı – Həbs edildi

01.03.2016 - 15:10

mahir-mehdiYevlax Rayon Məhkəməsində şair Mahir Mehdi barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə həmin məhkəmədən məlumat verilib.

Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham olunan M.Mehdi barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Mehdi fevralın 24-də Yevlax Dəmiryol Stansiyasında saxlanılıb. İttiham aktına əsasən, o, stansiyada sərxoş vəziyyətdə polisə müqavimət göstərib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728