Elmar Hüseynovun qətlindən 11 il keçir

02.03.2016 - 12:30

elmar-hSözü, imzası, dəsti xətti ilə seçilən, həm də bir mübarizə adamı olmuş peşəkar jurnalist Elmar Hüseynovun qətlindən 11 il keçir.

Sərt tənqidi yazıları ilə tanınan “Monitor” jurnalının mərhum baş redaktoru, 2005-ci ilin məhz bu günü evinin astanasında odlu silahla vurulub. Jurnalistə tapançadan 7 dəfə atəş açılıb. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar – Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər.

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Elmarın qanı hələ ki, yerdə qalıb. Çünki ölüdürüldüyü gündən 11 il keçsə də qatillər tapılmayıb.

Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728