İlhamə Quliyevanın vəkili: “Deyirdi, nəyim varsa, nəvəmə verəcəm”

02.03.2016 - 13:25

elmira-memmedovaXalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova mərhum sənətkarın mirasının kimə qalacağı barədə danışıb.

Lent.az-a açıqlama verən vəkil bildirib ki, İ,Quliyeva onunla mirasi barədə söhbət edib: “Mən illərdir İlhamə Quliyevanın yanında olmuşam, amma eşitməmişəm, desin ki, mirasım orduya və ya dövlətə qalsın. Amma bir dəfə İlhamə xanımdan soruşdum ki, sizdən sonra oğlunuzun vəziyyəti necə olacaq? O da mənə dedi ki, nəvəm Ruslanı çox istəyirəm, mənim nəyim varsa, nəvəmə verəcəm. Yəni həmin vaxt nə gəlinin, nə də oğlunun adını çəkmədi. Mən dedim, bəlkə vərəsəlik verəsiniz? O da mənə dedi ki, vərəsəlik hazırlamışam, oxuyarsan, baxarsan. Hətta söylədi ki, onda olan əmlakdan başqa, nəvəsinin adına şəhərin mərkəzində iki otaqlı mənzil alıb, qoymuşam, ola bilər, Ruslanın ad günündə ona hədiyyə edim. Mən də dedim ki, bəlkə indi verəsiniz? Söylədiki yox, ancaq ad günündə”.

Vəkilin sözlərinə görə, İ.Quliyeva deyirmiş ki, hər bir şeyə baxmayaraq Orxan onun oğludur: “Deyirdi, onu heç zaman çölə atmaram. Adətən ana öləndə miras övlada qalır. Bu, belədir. Orxan ölməyib ki? Miras Orxana qalmalıdır. Orxan yoxdursa, İlhamə xanımın bacısı var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56220

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728