Nardaranda genişmiqyaslı əməliyyat keçirilməyib – DİN AÇIQLAMA YAYDI

02.03.2016 - 17:14

nardaran2Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov virtualaz.org-a bildirib ki, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-in iddia etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri keçirilməyib.

“Ölkənin hər yerində olduğu kimi, burda da hər şey öz qaydasındadır, hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, – deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56290

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728