“Aygün İlhamə xanıma əli ilə…”
Müğənni Ülvi Qılınc İlhamə Quliyeva ilə Aygün Kazımova arasında son aylarda yaşananlardan danışıb.
Ölkə.az-ın məlumatına görə, “Bizimləsən” verilişində qonaq olan sənətçi vaxtilə İlhamə Quliyeva ilə Aygün Kazımovanın münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib:
“Vaxt var idi ki, Aygün Kazımova əli ilə İlhamə xanıma aş yedizdirirdi. Maraqlıdır, sonra nə baş verdi, araya kimlər girdi, kimlər onun üzünü İlhamə xanımdan döndərdi”.
Qeyd edək ki, İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.
Short URL: http://www.cumhuriyyet.net/?p=56357