İlhamə Quliyevaya mahnı həsr edildi – AUDİO

03.03.2016 - 11:45
ilhame-quliyevaAzərbaycanlı ifaçı və bəstəkar Sevinc Ağasıyeva Azərbaycan və Dağıstanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli İlhamə Quliyevanın xatirəsinə həsr etdiyi “Xatirələrim” kompozisiyasını yazıb və ifa edib. 
Qaynar.info xəbər verir ki, sözlərin müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Vahid Əzizdir. Pianoda Elvin Musayev müşayiət edir.
S.Ağasıyeva bildirib ki, İlhamə Quliyeva özündən sonra biz gənc musiqiçilər üçün gələcək fəaliyyətimizin nümunəsi olan böyük yaradıcılıq irsi qoyub: “Əməkdar incəsənət xadimi Faiq Sücəddinov, xalq artistləri Natəvan Şeyxova, Yalçın Rzazadə, Canəli Əkbərov kimi sənətkarlarımız və digərləri İlhamə Quliyevanın yarım əsrlik yaradıcılıq fəaliyyətində milli estrada incəsənətinə verdiyi töhfəyi həmişə qeyd ediblər. Öz yüksək peşəkarlığı və orijinal ifaçılıq məharətilə insanların ürəyində yaşayacaq İlhamə Quliyevanın xatirəsinə kompozisiya yazmaq və ifa etmək mənim üçün şərəf məsələsi idi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728